>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Çelsi" klubunun baş məşqçisi: "Bu, yaxşı nəticə oldu"

"Çelsi" klubunun baş məşqçisi: "Bu, yaxşı nəticə oldu"
"Bu, yaxşı nəticə oldu. Biz Çempionlar Liqasına doğru-düzgün başladıq".
"Report"un məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konte "Qarabağ"ı 6:0 hesabı ilə yendikləri qrup mərhələsinin ilk tur matçından sonra deyib.
İtaliyalı mütəxəssis komandasının əla çıxış etdiyini bildirib: "Oyunun əvvəllərindən futbolçularımda böyük məsuliyyət və köklənmə gördüm. Xeyli müsbət məqamların şahidi oldum. Davide Zappakosta çox yaxşı oynadı. Eden Azar ən yaxşı formasını tapmağa çalışır. Andreas Kristensen kimi oyunçulara şans vermək çox vacibdir. Bu futbolçular bilməlidirlər ki, mən onlara etibar edirəm. Mənim 17-18 böyük oyunçum var. Onların hər biri oynamaq imkanına malikdir".
Kontenin fikrincə, "Çelsi" belə çətin oyunlara böyük diqqət ayırmalıdır. O, oyunçularının əla işindən məmnunluq ifadə edib. 48 yaşlı mütəxəssis Davide Zappakostanın cinahdan birbaşa qapıya ünvanlanmış qolu barədə də danışıb: "Zappakosta mənə dedi ki, məqsədi qapıya zərbə endirmək yox, qapı qarşısına asma etməkdən ibarət olub. Onun debütündən qürur duydum".