>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Qurban Qurbanov: "Çempionlar Liqasının qalibi olmağa namizəd komanda ilə oynadıq"

Qurban Qurbanov: "Çempionlar Liqasının qalibi olmağa namizəd komanda ilə oynadıq"
"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq. "Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim turnirdə ilk oyunumuzun olması ilə bağlıdır".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İngiltərədə "Çelsi"yə 0:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.
45 yaşlı mütəxəssis səhvlər üzərində işləyəcəklərini bildirib: "Çempionlar Liqası bizim üçün yenidir. "Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. "Çelsi” və Antonio Konteni də qələbə münasibəti ilə təbrik edirəm”.