>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Şumaxerin arvadı onu şantaj edənə 900 min verdi

Şumaxerin arvadı onu şantaj edənə 900 min verdi
Formula-1-in yeddiqat çempionu Mixail Şumaxerin həyat yoldaşı Korina Şumaxer onu övladlarını öldürməklə təhdid edən şəxsə 900 min avro verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Bild” qəzeti yayıb.

Korina Şumaxerin ilk dəfə 2016-cı ilin fevralında elektron poçtuna gələn məktub vasitəsilə təhdid edildiyi bildirilib. Məktubda pulların martın 31-nə qədər hazır olmayacağı təqdirdə övladlarının öldürüləcəyi yazılıb. Bundan sonra Korina polisə müraciət edib və cinayətkar elektron poçt vasitəsilə göndərdiyi bank hesabı sayəsində aşkar edilib. 25 yaşlı şantajçı məhkəmə prosesi zamanı niyə belə bir addım atdığını izah edə bilməyib.

Qeyd edək ki, Mixail Şumaxer 2013-cü ilin dekabrında Fransanın Meribel şəhərində yıxılaraq ciddi xəsarət alıb. 2014-cü ildən İsveçrədəki villasında onun bərpa olunması prosesi aparılır. Hələlik, onun sağlığının, ümumiyyətlə, nə yerdə olduğu haqqında heç bir məlumat verilmir.