>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycan klubu Çempionlar Liqasında məğlub olub

Azərbaycan klubu Çempionlar Liqasında məğlub olub
Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Telekom" klubu bu gün növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, A qrupunun mübarizəsində rəqib Polşanın "Ximik" klubu olub.
Görüş qonaqların üstünlüyü ilə başa çatıb. "Telekom" oyunu 0:3 hesablı məğlubiyyətlə başa vurub. Bu nəticə ilə Bakı təmsilçisi qrup sonuncusudur.
İlk turda "Telekom" İtaliyada "İmoko Volley"ə 0:3, "Ximik" isə "Nordmekkanika"ya 1:3 hesabı ilə uduzub.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
17:00. "Telekom" (Azərbaycan) - "Ximik" (Polşa) - 0:3 (16:25: 21:25: 20:25)
Hakimlər: Filip Şurman (Lixtenşteyn), Sabo-Aleksi Paul Katalin (Rumıniya)
Bakı. Sərhədçi Olimpiya İdman Mərkəzi