>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Gürcüstanda hökumət dəyişir? –Baş nazir və dha 4 nazirin istefaya gedəcəyi bildirilir

Gürcüstanda hökumət dəyişir? –Baş nazir və dha 4 nazirin istefaya gedəcəyi bildirilir
Gürcüstan parlamentində əksəriyyəti hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri olan çoxluq ölkədə küçə etirazlarının ardınca mümkün hökumət yerdəyişmələrini müzakirə etmək üçün görüşə toplaşıb.

İyunun 12-də keçirilən bu görüşdə hakim partiyanın lideri, maqnat Bidzina Ivanişvili və baş nazir Georgi Kvirikaşvili də iştirak ediblər.

Bu toplantıdan əvvəl ölkə mediası Kvirikaşvili və daha dörd nazirin istefaya gedəcəklərini yazırdı.

“Gürcü Arzusu”partiyasından millət vəkili Eka Beselia iyunun 10-11-də Tbilisini silkələmiş antihökumət etirazlarının ardınca yayılmış bu media xəbərlərini şərh etməkdən boyun qaçırıb.

Tbilisidə etiraz aksiyaları mayın 31-də iki yeniyetmənin qətli ilə bağlı məhkəmənin ədalətsiz aparılmasına etirazdan qığılcım almışdı. Etirazlar iyunun 6-da dayansa da, iyunun 10-da bərpa olunmuş və 11-də bitmişdi. Bundan əvvəl polis etirazçıların qurduqları çadırları dağıtmış və bir sıra müxalifət liderini və onların tərəfdarlarını həbs etmişdi.