>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Meksika, Kuba və Floridaya "Alberto" fırtınası yaxınlaşır

Meksika, Kuba və Floridaya "Alberto" fırtınası yaxınlaşır
Meksika, Kuba və ABŞ-ın Florida ştatına "Alberto" fırtınası yaxınlaşır.

Trend-in ABŞ-ın qasırğaları izləmək üzrə milli mərkəzinə istinadən verdiyi məlumata görə, fırtına Karib dənizinin şimal-şərqindən yaxınlaşır.

Mərkəzin məlumatına əsasən, həftənin sonlarında Kubanın Ukatan yarımadasında, ABŞ-ın Florida ştatında və Meksika körfəzinin şimal-şərqində güclü leysan yağışları ola bilər.

Fırtınanın hərəkət sürəti saatda 64 kilometr təşkil edir.