>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Instagram” da bu funksiyanı aktivləşdirdi

“Instagram” da bu funksiyanı aktivləşdirdi
“Instagram” servisinin komandası “Facebook” sosial şəbəkəsində “Məlumatlarınızı yükləyin” (“Download Your Information”) funksiyasının analoqunu təqdim edib.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, bu alət “Instagram”a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

Hazırda “Data Download” funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.

Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.