>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Çində baş verən yanğın nəticəsində 18 nəfər ölüb

Çində baş verən yanğın nəticəsində 18 nəfər ölüb
Çinin cənub bölgəsində karaoke-barda güclü yanğın baş verib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Tsinyuan şəhərində qeydə alınıb.



İlkin məlumata əsasən, yanğın nəticəsində 18 nəfər ölüb, müxtəlif dərəcəli xəsarət alan daha 5 nəfər xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbləri araşdırılır. Karaoke-barın qəsdən yandırıldığı ehtimal edilir.