>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiya Mərkəzi də atəşə tutuldu: itkilər var

Rusiya Mərkəzi də atəşə tutuldu: itkilər var
Suriyanın Şərqi Quta ərazisində yerləşən Rusiyaya məxsus Atəşkəsin Qorunması Mərkəzi naməlum silahlı qruplaşmalar tərəfindən gülləbaran edilib.

Axar.az xəbər verir ki, hücum zamanı rusiyalı əsgərlərdən ölən və yaralananların olmadığı bildirilib.

Silahlıların Dəməşqin yaşayış məhəlləsi və otelini də atəşə məruz qoyduğu vurğulanıb.

“Məhəllələrdə ciddi dağıntılar və mülki əhali arasında itkilər var”, - deyə mərkəzin məlumatında bildirilib.

Qeyd edilib ki, Rusiya-İran-Türkiyə Koordinasiya Mərkəzi son sutka ərzində Hələb, Latakiya, İdlib və Xümsdə atəşkəsin pozulması faktlarını aşkar edib.