>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

WhatsApp istifadəçiləri gün ərzində 55 milyard mesaj göndərir

WhatsApp istifadəçiləri gün ərzində 55 milyard mesaj göndərir
1 milyarda yaxın insan WhatsApp vasitəsi ilə gün ərzində 55 milyard mesaj göndərir.

Trend-in məlumatına görə, bu barədə “WhatsApp” şirkətinin vitse-prezidenti Nirac Arora Dubayda keçirilən beynəlxalq konfrasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, WhatsApp-ın populyarlığı bu proqramın etibarlılığı və sadəliyi ilə bağlıdır.

Arora xatırladıb ki, WhatsApp istifadəçilər arasındakı ünsiyyəti "end-to-end " üsulu ilə şifrələyir.