>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiyada baş verən yanğında azərbaycanlı ailə ölüb - VİDEO - FOTO

Rusiyada baş verən yanğında azərbaycanlı ailə ölüb - VİDEO - FOTO
Rusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri ölüb

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır.

Yağın söndürüləndən sonra əvvəlcə mənzildə iki kişi meyiti aşkarlanıb. Onlardan biri 47 yaşındadır. Xəstəxanaya aparılarkən isə yolda iki azyaşlı da dünyasını dəyişib.

"Orenburq Bezformata" portalı yazıb ki, yanğın zamanı xəsarət alan daha 5 nəfər xəstəxanaya yerləşdirilib. Yerli mətbuatın məlumatına görə, onlardan 4-ü 62, 47 yaşlı, habelə 20 yaşlı iki qadınlar, 1-i isə 6 yaşlı uşaqdır. Yaralıların vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (Səhlənkarlıqdan ölümə səbəb olma) üzrə cinayət işi başlayıb.

"RİA56" portalı isə qonşuların sözlərinə istinadən bildirib ki, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında azyaşlı yuxarı mərtəbədən yıxılıb. Həmin vaxt uşaq sağ qalıb, lakin ciddi xəsarətlər alıb.