>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Helsinkidən Tokioya uçan sərnişin təyyarəsinin mühərriki yanıb

Helsinkidən Tokioya uçan sərnişin təyyarəsinin mühərriki yanıb
Helsinkidən Tokioya uçan "Japan Airlines" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsi bazar günü axşam təcili eniş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "Helsingin Sanomat" qəzeti yazıb.

Təyyarənin hava limanına geri qayıtmasına mühərriklərdən birinin yanması səbəb olub. Hava gəmisinin göyərtəsində 164 sərnişin və 13 heyət üzvü olub.