>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda qadın kişini döydü - Polisə şikayət

Bakıda qadın kişini döydü - Polisə şikayət
Bakı sakini üzləşdiyi xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edib.

Mia.az-ın Lent.az-a istinadən məlumatına görə, 1978-ci il təvəllüdlü Müslüm Səfərov "102”yə zəng edərək bildirib ki, qohumu, 1976-cı il təvəllüdlü Ulduz Səfərova mağazada onu döyüb.

40 yaşlı kişinin sözlərinə görə, hadisə N.Quliyev küçəsi 36 ünvanındakı marketdə baş verib və o, qadın tərəfindən döyülərək xəsarətlər alıb.

Müraciət əsasında araşdırma aparılır.