>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Braziliyada ağır yol qəzası baş verib: 13 ölü, 39 yaralı

Braziliyada ağır yol qəzası baş verib: 13 ölü, 39 yaralı
Braziliyanın Minas-Jerays ştatında 2 mikroavtobus, 2 cip və kağız daşıyan yük maşını toqquşub, daha sonra yanğın başlayıb.

Trend-in məlumatına görə, toqquşmadan sonra kağız daşıyan yük maşınında yanğın başlayıb. Toqquşma nəticəsində azı 13 nəfər həlak olub, 39 nəfər isə yaralanıb.

Xəsarət alanların çox hissəsinin vəziyyəti həkimlərdə narahatlıq doğurmur.