>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Göygöl yaxınlığında "yoxa çıxan" Rusiya aliminin yeri bilindi

Göygöl yaxınlığında "yoxa çıxan" Rusiya aliminin yeri bilindi
Azərbaycana turizm məqsədi ilə səfərə gəlmiş və sərhədyanı zonaya yollandıqdan sonra bir həftə bundan əvvəl itkin düşmüş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov doğmaları ilə əlaqə qurub.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu onun anası Olqa Çulkova bildirib.

“Ona zəng etməyə icazə veriblər. Deyir ki, yemək verirlər, tezliklə buraxacaqlarına və Moskvaya yollayacaqlarına söz veriblər”, - Çulkova deyib.

Alimin anasının sözlərinə görə, onunla Rusiya səfirliyindən də əlaqə saxlayıblar və əmin ediblər ki, oğlunun həyatına təhlükə yoxdur.