>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Qüds olayını qınamayan yeganə müsəlman muxtariyyəti

Qüds olayını qınamayan yeganə müsəlman muxtariyyəti
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın Qüds şəhərinin statusu və ABŞ səfirliyinin buraya köçürülməsi ilə bağlı qərarından sonra bütün müsəlman ölkələri bu addıma qarşı birmənalı bəyanat verdilər.

Axar.az xəbər verir ki, mahiyyətcə eyni olan bəyanatlarda Qüds şəhəri ilə bağlı verilən qərarın yanlış olduğu bildirildi.

Lakin yalnız İraq Kürd Muxtariyyətindən bununla bağlı heç bir açıqlama verilmədi.

Buna baxmayaraq, Kürd Muxtariyyətində xüsusi siyasi çəkisi olan İslam Partiyası (Komel) və Yekgirtu Qüds olayı ilə bağlı sərt bəyanat yayaraq, qərarın doğru olmadığını bildirdilər.