>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bibisi oğlunun toyunda qan salan gənc tutuldu - Sabirabadda

Bibisi oğlunun toyunda qan salan gənc tutuldu - Sabirabadda
Sabirabad rayonunda keçirilən toy məclisində bıçaqlanma hadisəsi törədən gənc həbs edilib.

Sabirabad və Şirvan şəhər polis şöbələrinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində 1989-cu il təvəllüdlü Sərxan Əaədov həbs edilib.

Rayon polis şöbəsinə gətirilən Sərxan Əsədov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, hadisəni əsəbi halda törədib. Pul borcu üstündə düşən mübahisə zamanı Orxan Xudiyev söyüş söydüyü üçün Sərxan bıçağa əl atıb.

Qeyd edək ki, hadisə dekabrın 6-da rayonun Qaragüney kəndində yerləşən "Fərid" şadlıq sarayında baş verib.

Toy məclisində rayonun Ətçələr kənd sakini Sərxan Əsədov Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Orxan Xudiyev və onun dostu, 1988-ci il təvəllüdlü Emil Əhmədovu bıçaqlayıb.

Hər iki yaralı Şirvan Şəhər Xəstəxanasına gətirilib. Onlara tibbi yardım göstərilib.