>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Əl-Xoxa şəhəri Husilərdən azad edilib

Əl-Xoxa şəhəri Husilərdən azad edilib
Yəmənin əl-Hudayda vilayətinin əl-Xoxa şəhəri Husilərdən tamamilə azad olunub.

Ordu.az BƏƏ KİV-lərinə istinadən bildirir ki, bu barədə BƏƏ Silahlı Qüvvələrinin mətbuat xidmətindən bildirilib.

BƏƏ Silahlı Qüvvələrinin hərbi komandanlığından verilən xəbərə görə, BƏƏ silahlı qüvvələrinin dəstəklədiyi hökumət qüvvələri çərşənbə günü səhər saatlarında şəhəri Husilərdən azad etmək üçün ərazidə əməliyyatlara başlayıb və artıq şəhər qiyamçılardan təmamilə azad edilib.

Birləşmiş Ərəb Əmirliklərinin Qızıl Aypara cəmiyyəti artıq azad edilmiş ərazinin sakinlərinə yardım planını həyata keçirməyə başlayıb.