>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Odessada Azərbaycanın hədiyyəsi təhqir edildi - FOTO

Odessada Azərbaycanın hədiyyəsi təhqir edildi - FOTO
Ukraynanın Odessa şəhərində 2013-cü ildə “Bolşoy Fontan”ın (Odessanın kurort rayonu) 4-cü stansiyasında quraşdırılmış xatirə nişanı naməlum şəxslər tərəfindən təhqir olunub.

Virtualaz.org “Vedomosti-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, xatirə nişanında aşağıdakı mətn həkk olunub:

“Bu yerdə Ukrayna ilə Azərbaycanın dönməz dostluğu şərəfinə və gözəl Odessanın sakinlərinə hədiyyə kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin hesabına “Azərbaycan” parkı salınıb – Odessa şəhəri, 3 sentyabr 2013-cü il”.