>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

100 min avronu unitaza atdılar

100 min avronu unitaza atdılar
İsveçrənin Jenevrə kantonunda iki qadın 100 min avro məbləğindəki pulu unitaza atıblar. Polis bunu aşkarlayandan sonra araşdırmaya başlayıb. Bu hərəkəti edənlər İspaniyanın iki qadın vətəndaşı olub. Bu haqda Jenevə prokurorluğunun mətbuat katibi Vinsent Deruan məlumat verib. “Unitaza atılan pulun ümumi məbləği 100 min avro olub. İstintaq davam edir. Bu gün üçün məlum olan odur ki, iki ispanqadın bunu edib. Prokurorluq hazırda pulun mənbəyini araşdlrmağa çalışır”.

Mətbuat katibinin dediyinə görə, əgər pulların qanuni yolla əldə edildiyi müəyyənləşsə, ispan qadınlara qarşı hər hansı cəza nəzərdə tutulmayacaq. Belə ki, İsveçrədə pulun bu formada sərf edilməsi cinayət sayılmır və buna görə də hər hansı qanuni məsuliyyət nəzərdə tutulmayıb. “Yox, əgər pullar qeyri-qanuni fəaliyyətlə bağlıdırsa, bu, başqa işdir. Hazırda bu qadınlar cinayətkar sayılmırlar. Onların vəkili də polislərə izahat verib”. Bunu da prokurorluqdan deyiblər.



Musavat.com