>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Anasının qucağında 1 yaşlı uşağı cərəyan vurub öldürdü

Anasının qucağında 1 yaşlı uşağı cərəyan vurub öldürdü
Neftçalada 1 yaşlı körpəni elektrik cərəyanı vurub.

Teref.info "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonundan kəndə qonaq gələn 1 yaşlı Damla Roman qızı Qurbanlı anasının qucağında ikən qəfildən elektrik məftilinə əl atıb. Nəticədə elektrik cərəyanı körpəni vuraraq oldürüb.

Faktla bağlı araşdırma aparılır.