>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakının üzv olduğu təşkilat İstanbuldan İrəvana köçürülür

Bakının üzv olduğu təşkilat İstanbuldan İrəvana köçürülür
Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası öz mərkəzi qərargahını İstanbuldan İrəvana köçürür.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Federasiyanın bu barədə qərarı mayın 16-da Tehranda keçirilən fövqəladə iclasda qəbul etdiyi bildirilir.

Qeyd edək ki, bu federasiya 1995-ci ildə İstanbulda qurulub. 22 ildir Türkiyədə fəaliyyət göstərən quruma 33 ölkənin birjası üzvdür.

Federasiyanın həmçinin birjası olmayan 11, müşahidəçi qismində 3 üzvü var.

Bakı Fond Birjası 2001-ci ildən bu təşkilatın üzvüdür.