>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Xarici İşlər Nazirliyində süründürməçilik - ŞİKAYƏT

Xarici İşlər Nazirliyində süründürməçilik - ŞİKAYƏT
“Hazırda Türkiyə Respublikasında işləyən övladım üçün ASAN xidmətdən 15 dəqiqəyə aldığım “Məhkumsuzluq” arayışının Xarici İşlər Nazirliyində leqallaşdırılması (apostil verilməsi) müddətini (12 iyundan etibarən) heç bir hüquqi-məntiqi əsas olmadan 29 iyun tarixinə təyin etdilər. Halbuki müvafiq Qaydalarda “Sənədlərin təsdiqi 5 iş günü ərzində həyata keçirilir. Sənədlərin sayı 10-dan artıq olduğu təqdirdə baxılma müddəti əlavə 5 iş gününədək artırıla bilər” fikri təsbit olunmuşdur”. Bu fikirlər İsaq Cəfərov adlı oxucumuzun “AzPolitika.info”ya göndərdiyi şikayət məktubundan götürülüb.

Məktubda daha sonra bildirilr: ” Qeyd edim ki, məhkumsuzluq arayışı isə cəmi 1 vərəqdə, 1 cümlədən ibarətdir. Müddətin bu qədər uzun olmasının səbəbini Konsulluq idarəsinin aidiyyəti işçiləri “sənəd dövriyyəsinin çox olması” kimi absurd arqumentlə əsaslandırırlar.
Mən onlara mövcud Qaydaların tələblərini xatırladaraq, mənim cəmi bir sənədimin olduğunu və Qaydalarda müəyyən olunmuş müddətin ümumi sənəd dövrüyyəsinə yox, məhz fərdin təqdim etdiyi sənədin sayına aid olduğunu bildirsəm də, təəssüf ki, onlar mövcud Qaydaların tələblərinə aşkar surətdə əməl etmirlər.
Vətəndaşın qanuni mənafeyinə, haqlı tələbinə bu cür etinasızlıq və saymazlıq məmur özbaşınalığıdır. Məmurların bu cür özbaşınalığı isə insanları bezdirir, usandırır, ölkədən didərgin salır.
Qeyd olunan arayışın müəyyən olunmuş vaxtda təsdiqi mənim övladımın gələcək karyerası və həyatı üçün çox vacibdir.
Odur ki, ölkədə ictimai rəyin formalaşmasında nüfuzlu media orqanı olaraq, qeyd olunan bu süründürməçiliyin, ədalətsizliyin qarşısının alınmasına yardımçı olmağınızı xahiş edirik”.

Şikayətdə qeyd olunanlarla bağlı, Xarici İşlər Nazirliyinin də mövqeyini işıqlandırmağa çalışacağıq.