>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Muxtar Babayev də islahatlara start verdi - İki qurumda yoxlamalar başlanıldı

Muxtar Babayev də islahatlara start verdi - İki qurumda yoxlamalar başlanıldı
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların yoxlanılması barədə göstəriş verib.

Qlobal.az-ın əldə etdiyi məlumata görə nazirin tapşırığı ilə yaradılan komissiya ilk olaraq Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin və "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini araşdıracaq.

Yoxlamaların aparılmasına səbəb əsas işi ölkədə, xüsusən də magistral yollar boyunca yaşıllaşdırma işləri aparmaq və yeni meşə landşaftları yaratmaqdan ibarət «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC – nin tabeliyində olan bəzi idarələrdə xeyli sayda "ölü can"lar olması barədə şübhələrin olmasıdır. Belə ki, "ölü can"ların digər idarələrə nisbətən 1,4,6,8 və 11 saylı Yaşıllaşdırma İdarələrində daha çox olduğu deyilir. Bundan əlavə ASC-nin tabeliyində olan İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsində də bu cür mənfi halların olduğu, görülən işlərin həcminin rəsmi sənədlərdə "şişirdilərək" göstərildiyi qeyd olunur.

Xatırladaq ki, Səhmdar Cəmiyyətin tərkibində 10 yaşıllaşdırma və 5 istismar idarəsi fəaliyyət gösətərir. Bunlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 11, 12 saylı Yaşıllaşdırma İdarələri, həmçinin İstisaslaşmış Kompleks Mexanizasiya İdarəsi, Suvarma Sistemlərinin Quraşdırılması və istismar İdarəsi, "Bağlı Qurunt Şəraitində örtüklü Kök Sistemli Tinglik” İdarəsi, Xəzər Suyunun Duzsuzlaşdırılması idarəsi, Kür-Boyu və Digər Yaşayış məntəqələrində içməli suyun Ekoloji Standartlara Nəzarət və Təminat Mərkəzi idarələridir.

Saytımıza daxil olan məlumatda iddia olunur ki, yol kənarı yaşıllıqların salınması, ASC-nin balansında olan nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinə, borulara, aksesuarlara, maşın avadanlıqlarına ayrılan illik xərclər də bilərəkdən "şişirdilib". Xüsusən də yol kənarlarına əkilən ağacların alınmasında «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC-nin vəzifəli şəxslərinin nazirliyin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq qiymətləri artıraraq mənimsəmələrə yol verdikləri deyilir. Belə ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti yol kənarına əkilən ağacların əksəriyyətini xaricdən gətirilmiş kimi qeydiyyata alaraq dövlət büdcəsinə yüz minlərlə manat ziyan vurub.

Qurumda baş verən maxinasiyaları ASC-nin rəhbərliyi ilə sabiq ETS nazirinə yaxın şəxslərin birlikdə etdiyi iddia olunan məlumatlar sırasındadır.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin yoxlanılmasına səbəb isə qurumun nəzarət etdiyi ərazilərdə qanunsuz ov hallarının genişlənməsidir.

Məsələ ilə əlaqədar qarşı tərəfdən münasibət öyrənə bilmədik.