>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ölkədə abortun qandonduran rəqəmləri: Hicran Hüseynova nə iş görür? - İfşa

Ölkədə abortun qandonduran rəqəmləri: Hicran Hüseynova nə iş görür? - İfşa
Azərbaycanda 2010-2016-ci il ərzində 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı açıqlanıb

Azərbaycanda ən çox abort halları 2016-cı ildə qeydə alınıb. Belə ki, 2016-ci ildə 15-49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 130 nəfər təşkil edib.

2010-cu ildə 9,9, 2012-ci ildə 11,5, 2013-cü ildə 10,4, 2013-cü ildə 10,4, 2014-ci ildə 10,1, 2015-ci ildə 10,3, 2016-ci ldə 13,0 faiz abort halları qeydə alınıb.

Bununla belə sözügedən illər ərzində məktəblilər arasında abort hallarının azaldığı da qeyd olunur.

Belə ki, 15-17 yaşlı məktəblilər arasında 2010-cu 0,6, 2012-ci ildə 0,3, 2013-ci ildə 0,4, 2014-cü ildə 0,4, 2015-ci ildə 0,3, 2016-cı ildə 0,1 faiz abort halları baş verib.

Bununla belə, Azərbaycanda ümumilikdə yaş həddinə görə, ən çox abort elətdirən qadınların sayı da açıqlanıb.

Bu qadınların yaş həddi 30-34-dür. Sözügedən yaş arası qadınlar arasında 2010-cu ildə 18,9, 2012-ci ildə 20.4, 2013-ci ildə 20,0, 2014-cü ildə 19.1, 2015-cü ildə 17,6, 2016-ci il 20,6 faiz təşkil edib.

Yalnız 2015-2016-ci il ərzində 25-29 yaşlı qadınlar arasında abort elətdirənlərin sayı digər yaş qruplarına nisbətən üstünlük təşkil edib.

Belə ki, bu yaş qrupu üzrə hər 1000 qadından 2015-ci ildə 18.1, 2016-ci ildə 23,8 faiz abort elətdirib.

FİA.Az xəbər verir ki, bu dəhşətki statistika mühüm bir boşluğu ortaya çıxarıb. Söhbət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətindən gedir.

AQUPDK bu istiqamətdə heç bir maarifləndirici iş aparmayıb, müsbət nəticələr əldə olunmayıb. Ona görə də acı mənzərə göz qabağındadır.

Əslində, komitə maarifləndirici işlər görməlidir. Dövlət tərəfindən, xarici təşkilatlardan komitəyə qrantlar ayrılır.

Amma komitə sədri Hicran Hüseynova bütün sahələr üzrə irəliləyişə nail ola bilmədiyi kimi, abortlarla əlaqədar göstəricilərdə də nəticə bəllidir.

Ötən il Azərbaycanda 14,5 mindən çox boşanma halı qeydə alınıb. 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 62 923 nikah və 14 514 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. Ötən il 15 minə yaxın ailədə boşanma faktı dəhşətli statistikadır.

Ancaq bir il ərzində 15 min ailədə boşanma qeydə alınıbsa, ilk növbədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyini aktuallaşdırır.

Komitə sədri Hicran Hüseynova tez-tez regionlarda görüşlər keçirdiyini mediada tirajlayır. AQUPDK-nın maarifləndirici tədbirlər həyata keçirdiyi, problemli ailələrə yardım etdiyi görüntüsü yaradılır.

Faktiki olaraq isə komitənin fəaliyyəti formaldır, imitasiyadır, kosmetik xarakter daşıyır. Bunun nəticəsidir ki, ötən il 15 min ailə boşanıb. Və dəhşətli bir abort statistikası var.

Ölkə Prezidentinin Sərəncamı ilə 2007- ci ildə Şüvalan və Goranboy Mərkəzləri, 2010-cü ilin dekabrında daha 9 mərkəz yaradılıb.

Ancaq prezidentin sərəncamı ilə yaradılan mərkəzlərin təkcə birindən – Lənkərandan olan fakt göstərir ki, komitə sədri hansı şəkildə fəaliyyət göstərir.

Bu mərkəzlərə maliyyə ayrılır ki, ailələrə, gənclərə, uşaqlara dəstək göstərilsin. Ancaq H.Hüseynovanın komitəsi mərkəzləri ölüvay quruma çevirib.

Ümumən, Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin saxlanması büdcəyə ağır iqtisadi yükdür Məlumata görə, komitənin ləğv olunaraq funksiyalarının ayrı-ayrı qeyri-hökumət təşkilatlarına verilməsi mümkündür.

Hicran Hüseynovanın sədri olduğu komitənin struktur islahatları nəticəsində ləğv edilməsi büdcə üçün kifayət qədər yüngülləşmə olardı.

Komitənin saxlanması izafi xərclərə səbəb olur. İqtisadçı ekspertlər də dəfələrlə AQUPDK-nin ləğvinin zərurliyi haqda təkliflər irəli sürüblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 fevral 2006-cı ildə yaradılıb. Bu komitəyə qədər də Azərbaycanda ailələr qurulub, boşanma halları da olub.

Komitənin yaradılmasında məqsəd ailə, qadın, uşaq problemlərilə məşğul olmaq, vəzifəsisə “dövlətin ailə siyasətini həyata keçirmək”dir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti iflic olub. Komitənin sədri Hicran Hüseynova son vaxtlar baş verən hadisələrə tükünü də tərpətmir.

Söhbət ondan gedir ki, Lənkəranda 6 günlük körpəni nənəsi quyuya atır, Culfada 5 yaşlı qız uşağı zorlanır, Şəmkirdə qadın uşaqları ilə birlikdə özünü qatarın altına atır, kütləvi intiharlar baş verir.

Bütün bu qandonduran hadisələrə, ürəkparçalayan faciələrə H.Hüseynovanın nəinki komitə rəhbəri kimi, bir ana, bir qadın kimi də reaksiyası olmadı. Dəhşətə və heyrətə gəlməmək olmur.

Axı bu komitəyə dövlətdən verilən maliyyə və ayrılan qrantlar məhz ailələrdə olan problemləri araşdırmaq, görüşlər keçirmək, maarifləndirici tədbirlər təşkil etmək, uşaqların, qadınların çətinliklərini öyrənmək, zorakılığı məruz qalan qadın və uşaqlarla maraqlanmaq, erkən nikahların yaratdığı fəsadlardan xilas yollarını göstərməkdir. Lakin sadalanan problemlər AQUK-nin diqqətindən kənarda qalıb.