>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Şəhid ailələri, müharibə əlilləri və 20 yanvar əlillərinin - Prezident təqaüdü artırıldı

Şəhid ailələri, müharibə əlilləri və 20 yanvar əlillərinin - Prezident təqaüdü artırıldı
Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Teref.info- nun xəbərinə görə, şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamlarına əsasən, müharibə əlillərinə və 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.