>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib...

Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib...
Son bir neçə ayda jurnalist həmkarlarımızın cavan yaşda dünyasını dəyişdiyinin şahidi oluruq. Çox təəssüf ki, həmkarlarımız əsasən ürək tutmasından, beyin qansızması nəticəsində vəfat edir.

Fevralın 12-də səhər saatlarında 39 yaşlı jurnalist, İTV-nin keçmiş əməkdaşı Kamran İsrafilov qəfildən dünyasını dəyişib. Yaxınlarının dediyinə görə, K.İsrafilov ağır xəstəlikdən əziyyət çəkən anasının əhvalını yüksəltməyə çalışıb. Buna görə səhər saatlarında işə getməzdən əvvəl anasının qarşısında qol qaldırıb oynayan K. İsrafilovun qəfildən halı pisləşərək, yerə yıxılıb. Yaxınlarının səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib...

Qeyd edək ki, 1979-cu il təvəllüdlü K.İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib. Həmçinin İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.
Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib...

Bir neçə həftə bundan əvvəl isə digər 39 yaşlı həmkarımız, tanınmış jurnalist Nicat Məlikov da ürəktutmadan dünyasını dəyişmişdi.

N.Məlikov “Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. Onun sonuncu iş yeri “Vesti.Az” saytı olub.
Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib...

Ötən ilin noyabr ayında isə tanınmış jurnalist, 41 yaşlı Natiq Qədimov infarktdan dünyasını dəyişmişdi. N.Qədimov ANS telekanalında və digər mətbu orqanlarda çalışıb. Son iş yeri isə “APA Holdinq”ə daxil olan APA TV olub.