>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tanımadığımız tanışlar... Nobel mükafatı almış ilk və hələlik yeganə Azərbaycan Türkü Bəxtiyar Siracov.

Tanımadığımız tanışlar... Nobel mükafatı almış ilk və hələlik yeganə Azərbaycan Türkü Bəxtiyar Siracov.
Tanımadığımız tanışlar...
Nobel mükafatı almış ilk və hələlik yeganə Azərbaycan Türkü Bəxtiyar Siracov.
Teref.info - Bu gün Bəxtiyar Siracovun doğum günüdür.
Bəxtiyar Siracov həm də Avstriyada MAGATE-də çalışan yeganə Azərbaycan Türküdür. 17 ildir ki, MAGATE-də Azərbaycanı təmsil edir. Alim hazırda agentlikdə kompüter proqramları təminatı şöbəsinin rəhbəridir.
Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirirək onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.
2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur.
Beləliklə, Bəxtiyar Siracov qrup halında Lev Landaudan sonra bu mükafata layiq görülən ikinci azərbaycanlı kimi tarixə düşür.
Sahil Sərxanlı
Teref.info