>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.

Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.
O,17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir. 1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib. Bundan təqribən 3 həftə sonra, iyunun 17-si Kələkidən - eks-prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib...
12 avqust-- Azərbaycan Respublikasının Milli Məclisin deputatı (1990-1995), Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.
Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975-1977-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib. 1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb. 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb.
O, 1990-cı ildə Şərur rayonundan parlamentə üzv seçilib.
17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir. 1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib. Bundan təqribən 3 həftə sonra, iyunun 17-si Kələkidən - eks-prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib.
İstintaq materiallarına görə beş güllə yarası alıb.
İyunun 26-da Bakıya - Şüvəlandakı istitaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustsqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib.
Tanrı ruhunu şad etsin!
Baba Allahnezerov.
Teref.info
Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.
Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.
Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.