>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Çinli alimlər iqlim silahı hazırlayır – ABŞ-a cavab

Çinli alimlər iqlim silahı hazırlayır – ABŞ-a cavab
Çinli alimlər Haynan adasında ABŞ-ın HAARP iqlim stansiyasının eynisini yaratmağa çalışır.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qurğu yüksəktezlikli radiodalğaların ionosfer səpələnməsini tədqiq edir.

Qeyd edək ki, sözügedən stansiyalar tez-tez tənqid olunur. Ekspertlərin fikrincə, ABŞ və Çin bu aparatları bu və ya digər qarşıdurmalar zamanı gizli istifadə edə bilər.

Alyaska Universitetinin alimləri bildiriblər ki, ABŞ-dakı stansiya şəhərdən uzaqda yerləşir və elmi işlər üçün istifadə olunur. Ancaq çinlilər bunu milli təhlükəsizlik maraqları üçün istifadə etməyi düşünürlər.

Sözügedən qurğunun buraxdığı elektromaqnit şüalanması radio və rabitə sistemlərinin işini tamamilə poza bilər.

Çin tərəfinin isə hərbi məqsədləri üçün bu sistemi təyyarə və sualtı qayıqlarla birləşdirməsi mümkündür.