>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Sara Sanders istefa xəbərlərini təkzib edib - YENİLƏNİB

Sara Sanders istefa xəbərlərini təkzib edib - YENİLƏNİB
Ağ Evin mətbuat katibi Sara Sanders vəzifəsindən getməyəcəyini bəyan edib.



APA-nın xəbərinə görə, bu barədə Ağ Evin sözçüsü özünün “Twitter” hesabında yazıb.



“Mən işimi sevirəm və prezident Trampla işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram”, S.Sanders yazıb.



***



05:37



Ağ Evin mətbuat katibi Sara Sanders və onun müavini Rac Şah istefaya getmək niyyətindədirlər.



APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.



S.Sandersin 2018-ci ilin sonunda postunu tərk edəcəyi bildirilir. R.Şah isə istefasının dəqiq vaxtını hələ ki, müəyyənləşdirməyib.



Çoxsaylı sorğulara baxmayaraq Ağ Evin adıçəkilən rəsmiləri məlumatla bağlı şərh verməyiblər.



Qeyd edək ki, Sara Sanders 2017-ci ilin iyulunda Ağ Evin mətbuat katibi vəzifəsinə təyin edilib.