>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kaliforniya ştatının bölünməsi barədə referendumun tarixi açıqlandı

Kaliforniya ştatının bölünməsi barədə referendumun tarixi açıqlandı
Kaliforniyanın üç ayrıca ştata bölünməsi barədə təşəbbüs üzrə səsvermə noyabrın 6-da keçiriləcək.

Teref.info Azərtac-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya ştatının katibliyi məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl amerikalı sərmayədar Tim Dreyperin Cal-3 adlı təşəbbüsü referenduma çıxarılması üçün lazım olandan təxminən iki dəfə çox - 600 min imza toplamışdı. Dreyperin layihəsi Kaliforniyanın üç hissəyə - mərkəz, cənub və şimal hissələrinə bölünməsini və həmin ərazilərdə yeni ştatlarının yaradılmasını nəzərdə tutur. Yeni ştatların adlarının əhali tərəfindən veriləcəyi bildirilir. Layihə konqres tərəfindən dəstəklənməlidir.

Tim Dreyper artıq 2014-cü və 2016-cı illərdə oxşar təkliflərlə çıxış etsə də, onun təşəbbüsü lazımi dəstək qazana bilməmişdi.