>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Almaniya ordusu acınacaqlı durumdadır- "Bild" nəşri

Almaniya ordusu acınacaqlı durumdadır- "Bild" nəşri
Almaniya Federal Hesablama Palatasının hesabatında Almaniya ordusunun acınacaqlı durumda olması əksini tapıb.

APA-nın məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb.

Hesablama Palatası Almaniya müdafiə naziri Ursulu fon der Lyayenni hərbi texnikanın istifadəyə yararsız durumda olmasını gizlətməkdə ittiham edib. Sənəddə qeyd edilir ki, müdafiə nazirinin hərbi gəmi və təyyarələrin döyüşə hazır olması barədə bəyanatı həqiqətə uyğun deyil.

Hesabatda nəzərə çatdırılır ki, keçən il heç bir sualtı qayıq istismara yararlı olmayıb. Döyüş gəmilərinin və tankların yarıdan azı, hərbi vertolyotların isə 1/3-i istismar üçün yararlı olub. Sənəddə qeyd olunur ki, müdafiə nazirinin döyüşə hazır olduğunu bəyan etdiyi gəmilər idarə olunan raketlər, müvafiq silahlar olmayıb, sualtı qayıqlar üçün isə heyət çatışmır.