>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Əl Cəzirə”dən QORXUNC XƏBƏR: “B planı yoxdur, böyük müharibə başlayacaq”

“Əl Cəzirə”dən QORXUNC XƏBƏR: “B planı yoxdur, böyük müharibə başlayacaq”
Qətərin dünyaca məşhur “Əl Cəzirə” televiziyası ABŞ-ın yeni İran strategiyası barəsində belə bir xəbər yayıb: “B planı yoxdur. ABŞ-ın İranın qarşısına qoyduğu yeni tələblər müharibəyə zəmin hazırlayır”. Xəbərdə Yaxın Şərqdə müharibə ehtimalının artdığından bəhs edilib. Kanala müsahibə verən mütəxəssislər dünyada ən çox sanksiyaya məruz qalmış ölkə olan İran üçün nəzərdə tutulan yeni strategiyanın İrana qarşı 40 il tətbiq edilən və daim uğursuzluqla nəticələnən siyasətə çevrildiyini və bunun Yaxın Şərqdə silahlı toqquşma ehtimalını artırdığını irəli sürüblər.

“İran müqaviləni pozub nüvə proqramına davam edəcək”

Xəbərdə Tehran universitetinin ən nüfuzlu professorlarından olan Məhəmməd Marandinin fikirlərinə də yer verilib. Marandi İranın müqavilədən imtina edəcəyini bildirərək, Avropa liderlərinin müqaviləni qorumaq səylərinə İranın şübhə ilə yanaşdığını söyləyib və əlavə edib: “İran bundan sonra nüvə proqramına tam sürətlə davam edəcək və ABŞ hökumətinin davranışı tam əks nəticələrə gətirəcək”.

Hurriyyet.org