>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Yərmuk tamamilə Suriya Ordusunun nəzarətinə keçib

Yərmuk tamamilə Suriya Ordusunun nəzarətinə keçib
Yərmuk tamamilə Suriya Ərəb Respublikasının nəzarətinə keçib. FaktXeber.com-un WarGonzo-ya istinadla verdiyi məlumata görə, İŞİD terrorçuları tam təslim olublar və rəsmi Dəməşqin şərtlərini qəbul edərək ərazini tərk ediblər.

Bildirilir ki, Dəməşq ətrafında terrorçuların son dayaq məntəqəsindən azı 2300 terrorçu çıxarılıb.

Qeyd edək ki, fələstinli qaçqınların qaldığı Yarmuk düşərgəsi uzun müddətdir ki, terrorçuların nəzarətində idi. Ötən həftə Suriya Ordusunun başlatdığı əməliyyat nəticəsində, düşərgə terrorçulardan tam azad olunub.