>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Avropa İttifaqından yeni qərar — İrandan neft dollarla yox, avro ilə alınacaq

Avropa İttifaqından yeni qərar — İrandan neft dollarla yox, avro ilə alınacaq
Avropa İttifaqı İrandan aldığı neft üçün dollar yox, avro ilə ödəniş etmək niyyətindədir.
“Ölkə.Az” xəbər verir ki, bunu Brüsseldəki diplomatik mənbə “RİA Novosti”yə bildirib.

ABŞ İranla imzalanan nüvə müqaviləsindən çıxdıqdan sonra Fransa, Almaniya və Böyük Britaniya İranla iqtisadi münasibətləri möhkəmləndirmək üçün proqram üzərində işləməyə razılaşıblar.

İlk növbədə söhbət neft, qaz və neft məhsulları ticarətinin, bank tranzaksiyalarının, İranla aviasiya, dəniz və quru nəqliyyatı sahəsində əməkdaşlığın davam etməsindən, eksport kreditlərinin verilməsindən gedir.

Qərar yaxın bir neçə həftə ərzində qəbul ediləcək.