>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Paşinyan: "Ermənistanda siyasi məhbuslar azad edilməlidir"

Paşinyan: "Ermənistanda siyasi məhbuslar azad edilməlidir"
Ermənistanın baş naziri Nikol Paşinyan respublikada siyasi məhbusların azad edilməsi təşəbbüsü ilə çıxış edib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "facebook" səhifəsində yazıb.

O, hesab edir ki, siyasi fəaliyyətə görə məhkum edilən şəxslər azadlığa buraxılmalıdır. Paşinyan bununla yanaşı, siyasi məhbusları fəaliyyətləri insan itkisinə səbəb olmayanlar və olanlardan ibarət iki qismə bölüb. Onun fikrincə, ittiham edilənlərin birinci kateqoriyasına (fəaliyyətləri insan itkisinə səbəb olmayanlar) qanunla nəzərdə tutulmuş amnistiya prosedurunu tətbiq etmək olar. İkinci kateqoriya, onun qeyd etdiyi kimi, 2016-cı ilin iyulunda öz aksiyalarının gedişatında Yerevanda üç polisi ölümünə səbəb olan "Sasna çrer" qruplaşmasının üzvlərinin azad olması üçün hüquq-mühafizə orqanlarının həlak olmuş əməkdaşlarının qohumlarının iştirakıyla ictimai müzakirələr keçirilməlidir.