>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ Konqresi İrana qarşı sanksiyalar təklif edən qanun layihəsini təsdiqləyib

ABŞ Konqresi İrana qarşı sanksiyalar təklif edən qanun layihəsini təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə insan hüquqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini, demək olar yekdilliklə, təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin geniş yayılmış bəyanatında qeyd olunur.

Təşəbbüs, həmçinin, dövlət sektorunda korrupsiya ilə əlaqədar olaraq İran şirkətlərinə qarşı sanksiyaların tətbiq olunmasını müəyyənləşdirməyi tələb edir.