>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kolumbiyada vertolyot qəzası yerinə gələn helikopter aviamühəndisin üzərinə düşüb - VİDEO

Kolumbiyada vertolyot qəzası yerinə gələn helikopter aviamühəndisin üzərinə düşüb - VİDEO
Kolumbiyada vertolyot qəzaya uğrayıb. Hadisə yerinə gələn digər helikopter isə ərazidə işləyən aviamühəndisin üzərinə düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.

İnternetdə yayılan kadrlarda hadisə yerinə gələn ikinci vertolyotun havada necə dayandığı, aşağıda qəzaya uğramış helikopterin üzərinə kiminsə çıxmağa çalışdığı, başqa bir şəxsin isə yerdə durub havadakı vertolyotun pilotuna nə isə işarə etdiyi görünür.

Lakin bu zaman havadakı vertolyot gözlənilmədən idarəetməni itirir və ona işarə verən şəxsin üzərinə düşür.

Yerli hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, vertolyotun qəzasına texniki nasazlıq səbəb olub.

Hadisə ölkənin cənub-şərqində baş verib. "Helifly" şirkətinin texniki xidmət şöbəsinin müdiri İvan Andres Lopes Londonyo qəza zamanı həyatını itirib. Ondan başqa zərər çəkən olmayıb.