>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Daha bir erməni rəsmisi aradan çıxdı-Moskvaya qəfil səfər

Daha bir erməni rəsmisi aradan çıxdı-Moskvaya qəfil səfər
Aprelin 26-sı, səhər saatlarında Ermənistanın baş nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Armen Gevorkyan Moskvaya uçub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onu İrəvanın Zvartnots aeroportunda görüblər. Yerli medianın Rusiya səfərinin məqsədləri barədə sualına Gevorkyan heç bir cavab verməyib. Məlumata görə, A.Gevorkyan hava limanına tək, hətta mühafizəsiz gəlib, hətta VİP keçiddən də istifadə etməyib.

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan da təcili Moskvaya çağırılıb. Müxalifət lideri Nikol Paşinyanın ötən gecə “bu dəqiqədən etibarən artıq Ermənistanda hökumət yoxdur” bəyanatını verməsindən sonra hakimiyyət nümayəndələrinin aradan çıxması maraqlı məsələdir.