>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ-da çat böyüyür! PENTAQON RƏHBƏRİNƏ TÜRKİYƏ XƏBƏRDARLIĞI

ABŞ-da çat böyüyür! PENTAQON RƏHBƏRİNƏ TÜRKİYƏ XƏBƏRDARLIĞI
ABŞ mediasına danışan yüksək vəzifəli bir Pentaqon rəsmisi, Türkiyə ilə yaşanan YPG böhranının Pentaqonda böyük bir mübahisə yaratdığını deyib.

Səlahiyyətli, Pentaqondakı Türkiyə tərəfdarlarının nə düşündüyünü belə yekunlaşdırıb: “30 il sonra Türkiyəni kim itirib? başlıqlı məqalələri oxumaq istəmirik. Vaşinqtondakı nüfuzlu müdafiə jurnalistlərdən Mark Perrinin ötən həftə “The American Conservative” jurnalında yüksək səviyyəli Amerikalı rəsmilərlə danışaraq hazırladığı məqalədə, Pentaqon içərisində Türkiyəni dəstəkləyən NATO tərəfdarları və YPG-ni dəstəkləyənlər arasında baş verən mübahisə haqda məlumatlar verilib. Buna görə, NATO-nun tərkibindəki yüksək vəzifəli mülki və hərbi şəxslər, Türkiyənin ABŞ-ın terror təşkilatı YPG-yə verdiyi dəstək səbəbiylə Rusiyaya yaxınlaşdığını söyləyərək, ABŞ müdafiə naziri Ceyms Mattisə xəbərdarlıqlar edib. Mattisi tənqid edən adamların arasında Türkiyə və Avropaya baxan ABŞ Ordusunun Avropa Komandanlığının (EUCOM) komandanı general Kortis Scaparrotti də var. Scaparrottinin mart ayında Vaşinqtona etdiyi səfər zamanı Mattisi guşəyə çəkərək ciddi şəkildə xəbərdarlıq etdiyi, eyni narahatçılıqları YPG tərəfdarı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Cozef Votelə də ötürdüyü bildirilir.

1960-cı İLDƏN BU YANA NATO ƏN CİDDİ BÖHRAN YAŞANIR

Üst səviyyəli Pentaqon rəsmisi, Türkiyə və ABŞ arasında yaşanan YPG böhranını, 1960-cı illərdə Fransanın hərbi qanaddan çəkilişindən bu yana NATO ittifaqına ən böyük təhlükə yaratdığını söyləyib. Mənbələr, general Scaparrottinin, xüsusilə müdafiə naziri Mattisi Türkiyəni qızdırmaması barədə tövsiyə verdiyi, Türkiyənin qaçqınlar kimi əlində bir çox vasitə olduğunu dediyi ifadə edilib. Eyni rəhbərliyə görə, Scaparrotti keçən ay Senatda, ABD-YPG əməkdaşlığının müvəqqəti olduğu və əsas müttəfiqliyin Türkiyə ilə olduğunu xatırladıb.
Müxalifət.az