>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ koalisiyasının 2 partlamamış raketi Rusiyada – Mütəxəssislər öyrənilər…

ABŞ koalisiyasının 2 partlamamış raketi Rusiyada – Mütəxəssislər öyrənilər…
Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) koalisiyasının 2 ədəd partlamamış qanadlı raketi və digər yüksək dəqiqlikli hərbi sursatı Suriyadan Rusiyaya gətirilib. Hərbi idarədəki mənbəyə istinadla, bu barədə xəbəri «İnterfaks» agentliyi yayıb.

«Raket zərbələrindən sonra Suriyadan Rusiyaya gətirilmiş yüksək dəqiqlikli döyüş sursatı 2 ədəd qanadlı raket nümunəsi ilə məhdudlaşmır» – deyə, mənbə bildirib.

Mənbənin sözlərinə görə, sözügedən hərbi texnika rusiyalı mütəxəssislər tərəfindən öyrənilir. Xüsusilə, idarəetmə və naviqasiya sistemləri, gövdənin «radiouducu» örtüyü və element bazası analiz edilir.

Xəbəri şərh edən ekspertin sözlərinə görə, Fransa və Britaniyanın istifadə etdiyi raketlər kifayət qədər təzədir. ABŞ-ın «Tomahawk BlockIV» raketləri də maraq doğurur.