>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ Senatının Komitəsi Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatının Komitəsi Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib
ABŞ Senatının xarici əlaqələr komitəsi Mayk Pompeonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, həftənin sonunadək M.Pompeonun namizədliyi Senatın ümumi heyəti tərəfindən səsverməyə çıxarılacaq.



Martın 13-də prezident D. Tramp Reks Tillersonu istefaya göndərərək dövlət katibi vəzifəsinə M. Pompeonun namizədliyini irəli sürüb.



Hazırda müvvəqəti olaraq ABŞ-ın dövlət katibi səlahiyyətlərini Con Sallivan icra edir.