>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kanadada sürücü avtomobili piyadaların üzərinə sürüb, 10 nəfər ölüb, 15-i yaralanıb - YENİLƏNİB-3

Kanadada sürücü avtomobili piyadaların üzərinə sürüb, 10 nəfər ölüb, 15-i yaralanıb - YENİLƏNİB-3
Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 10-a çatıb, 15 nəfər yaralanıb.



APA-nın xəbərinə görə, bu barədə CTV telekanalı yerli polis rəhbəri Mark Saundersə istinadən məlumat verib.

Onun sözlərinə görə, sürücü maşını qəsdən insanların üstünə sürüb, lakin hazırda insidenti terror aktı adlandırmaq üçün dəlillər yoxdur. Bundan əvvəl 9 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilirdi.
Aprelin 23-də Kanadanın Toronto şəhərində 25 yaşlı Alek Minassyan avtomobili səkiyə çıxararaq piyadaların üstünə sürüb. Hadisənin motivləri müəyyənləşdirilir.



Qeyd edək ki, bu günlərdə Toronto şəhərində G-7 (“Böyük yeddilik”) ölkələrinin nazirlər səviyyəsində sammiti keçirilir.



***



01:02

Kanada polisi Toronto şəhərində mikroavtobusun kütləyə çırpılması nəticəsində 9 nəfərin öldüyünü təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə “CTV Toronto” xəbər verib.

Məlumata əsasən, sürücü avtomobili səkiyə çıxararaq piyadaların üstünə sürüb. Hadisə nəticəsində 9 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Sürücü saxlanılıb.

Hüquq-mühafizə orqanları hələ ki hadisəni terror aktı kimi qiymətləndirmirlər. İnsidentin motivləri müəyyənləşdirilir.



Kanadanın baş naziri Castin Trüdo hadisənin inkişafını diqqətlə izlədiyini bildirib.

Qeyd edək ki, hazırda Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir.


***

23:49

Kanadanın Toronto şəhərində mikroavtobusun kütləyə çırpılması nəticəsində 5 nəfər ölüb.



APA-nın məlumatına görə, bu barədə BNL News xəbər verib.



Bundan əvvəl insident nəticəsində 10-dək insanın müxtəlif dərəcəli xəsarət aldığı bildirilirdi.

Hadisə yerindən qaçan sürücü saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

***

23:06

Kanadanın Toronto şəhərində mikroavtobusu piyadaların üzərinə sürən sürücü saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə CBC telekanalı polisə istinadən məlumat verib.


Hadisənin motivləri hələlik məlum deyil. Hadisə yerinə polis, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb edilib.

Qeyd edək ki, bu gün Torontoda mikroavtobus kütləyə çırpılıb. Hadisə nəticəsində 10-dək insan xəsarət alıb.

Hazırda Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir.


***

22:10

Kanadanın Toronto şəhərində mikroavtobus kütləyə çırpılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 10-dək insan xəsarət alıb.

İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, hazırda Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir.