>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rus “Qara dəliy”i ingilis gəmisi ilə "siçan-pişik" oynadı: Zərbə...

Rus “Qara dəliy”i ingilis gəmisi ilə "siçan-pişik" oynadı: Zərbə...
Britaniyanın qanadlı raketlə təchiz edilən “Astute” sualtı qayığı Suriyaya zərbə endirməyə fürsət tapmayıb.

Axar.az xəbər verir ki, “Tayms” qəzeti “Astute”yə Rusiya gəmilərinin imkan vermədiyini iddia edib.

Məlumata görə, Suriyanın Tartus limanından çıxan və Aralıq dənizində keşik çəkən Rusiyaya məxsus bir və ya iki sualtı qayıq “Astute” ilə sözün əsl mənasında “siçan-pişik” oynayıb. Qərb ekspertlərinin “Qara dəlik” adlandırdığı Rusiyanın sualtı qayıqları elə dayanıblar ki, “Astute” zərbə endirmək üçün lazım olan məsafə və mövqeyə çıxa bilməyib.

“Tayms”ı bilgiləndirən mənbənin sözlərinə görə, qanadlı raketlər və torpedalarla təchiz edilən “Qara dəlik”lərə iki dizel və elektrik mühərriki sürətli manevr imkanları verir. “Astute”nin mövqe seçməsinə də “Qara dəlik”lərin sürətli manevri mane olub.

Qeyd edək ki, ABŞ, Britaniya və Fransa 14 apreldə Suriyaya zərbə endirib.