>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Mey: "Britaniya Suriyaya zərbə endirməklə öz milli maraqları müdafiə edib"

Mey: "Britaniya Suriyaya zərbə endirməklə öz milli maraqları müdafiə edib"
Böyük Britaniyanın baş naziri Tereza Mey Londonun Suriyaya endirilən zərbələrə qoşularkən bu işdə öz haqlılığına əmin olduğunu bildirib.

“Report”un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, hökumət başçısı hesab edir ki, ölkə bu şəkildə öz milli maraqlarını müdafiə etmiş olub.

"Gələcəkdə Suriyada kimyəvi silahdan istifadənin qarşısını almaq, həmçinin kimyəvi silahlardan istifadənin yolverilməzliyinə dair qlobal birlik nümayiş etdirmək bizim milli maraqlarımız dairəsindədir. Biz kimyəvi silahlarınnə Suriya, nə Britaniya küçələri, nə də başqa bir yerdə adi bir hal kimi istifadəsinə imkan verə bilmərik", - deyə Mey bildirib.

Onun sözlərinə görə, Almaniya kansleri Angela Merkel, İtaliyanın baş naziri Paolo Centeloni, Avropa İttifaqının rəhbəri Donald Tusk, Kanadanın baş naziri Castin Trüdo Qərb koalisiyasının əməliyyatlarına dəstək ifadə edib.