>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Müəmmər Qəddafinin oğlu prezident olmaq niyyətindədir

Müəmmər Qəddafinin oğlu prezident olmaq niyyətindədir
Liviyanın keçmiş diktatoru Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkəsində keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyini irəli sürüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə onun şəxsi nümayəndəsi Ayman Buras Tunisdə açıqlama verib.

“Seyf əl-İslam Qəddafi qarşıdakı prezident seçkiləri üçün namizədliyini irəli sürməklə hakimiyyətə can atmır, ölkəni xilas etməyə çalışır” deyə Buras mətbuat konfransında bildirib.

Liviyada prezident seçkilərinin 2018-ci ilin ikinci yarısında keçiriləcəyi gözlənilir.\Oxu.Az\