>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Venesuelada inflyasiya 6 min faizi ötüb

Venesuelada inflyasiya 6 min faizi ötüb
Venesuelada 2017-ci ilin fevral ayından 2018-ci ilin fevralına qədər toplanan inflyasiyanın səviyyəsi 6 min faizi ötüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının maliyyə üzrə komissiyası məlumat yayıb.

Hesabatda bildirilir ki, təkcə cari ilin fevral ayında inflyasiyanın səviyyəsi 80 faizə çatıb, 2017-ci ilin dekabrından cari ilin fevralına qədər isə 231 faizi ötüb.