>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ərəb lider İrəvana gəlir: Daşnaksütyun aktivləşdirilir

Ərəb lider İrəvana gəlir: Daşnaksütyun aktivləşdirilir
Bu gün Livan Prezidenti Mişel Aun Ermənistana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.

Aunun Ermənistanda bir sıra vacib məsələlər ətrafında müzakirələr aparacağı bildirilib. Müzakirələrin xüsusilə Ermənistan-İsrail münasibətləri, Qüdsün İsrailin paytaxtı kimi tanınması və Qüdsdəki erməni icmasıyla bağlı məsələlər ətrafında olacağı vurğulanıb.

Livan liderinin ölkənin daxili siyasi həyatında Daşnaksütyunun rolunun aktivləşdirilməsi məsələsini də müzakirə etməsi nəzərdə tutulub.