>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Daha bir ölkə atom texnologiyasına sahib olacaq – Şərqdə yeni təhlükə ocağı

Daha bir ölkə atom texnologiyasına sahib olacaq – Şərqdə yeni təhlükə ocağı
Səudiyyə Ərəbistanı atom texnologiyasını öyrənmək məqsədilə nüvə stansiyaları inşa edəcək.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil ibn Əhməd Əl-Cübeyr deyib.

Nazir bildirib ki, bu mövzuda 10 ölkə ilə danışıqlar aparılır.

“ABŞ-ın nüvə yanacaq istehsalı mövzusunda digər ölkələrin sahib olduğu haqların eynisini bizə də tanımasını istəyirik. Neft potensialımızı qorumaq üçün nüvə sistemimizi qurmaqlıyıq”,- Əl-Cübeyr qeyd edib.

Səudiyyə Ərəbistanı qarşıdakı 20-25 il ərzində 16 nüvə reaktoru inşa etməyi və bu məqsədlə 80 milyard dollar sərmayə ayırmağı planlaşdırır. Rəsmi Riyad bu məsələdə ABŞ-ın dəstəyinin önəmli olduğuna diqqət çəkir.